2017-ci ildə ən yaxşı ola biləcək 10 futbolçu

2017-ci ildə ən yaxşı ola biləcək   10 futbolçu
00:07 14 Noyabr 2016
211 İdman
Ölkə mətbuatı
A- A+

Bu ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo hesab olunur. "Real"la Çempionlar Liqasını, Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanan portuqaliyalı ulduz sərgilədiyi peformansla da rəqiblərini üstələyir.


Bəs 2017-ci ilin ən yaxşı futbolçusu kim olacaq? Fanat.Az gələn ilin ən yaxşısı ola biləcək 10 futbolçunu təqdim edir.


Pyer-Emerik Aubameyanq: İlin əvvəlindən "Borussiya"nın (Dortmund) heyətində qollarını sıralayan qabonlu ulduzun gələn yay başqa kluba keçidi gözlənilir. 2017-ci ildə Afrika Millətlər Kubokunda oynayacaq futbolçunu milli forma ilə parlamaq şansı var.


Qaret Beyl: Zinəddin Zidanın ən çox güvəndiyi futbolçulardan biri olan uelsli ulduz fransız mütəxəssisin gəlişindən sonra "Real"ın heyətindəki yerini möhkəmləndirib. Hər il daha da yaxşı performans yığman futbolçu nun 2017-də də parlaması gözlənilir.


Antoine Qrizmann: 2016 onun üçün uğurlu il oldu. Özünü sözün əsl mənasında yaxşı tərəfdən göstərdi. Onun gələn ilin ən yaxşı futbolçularından biri olması gözlənilir.


Eden Hazard: Bu ilin əvvəlində "Çelsi" ilə ağır günlər keçirməsinə baxmayaraq, Antonio Kontenin gəlişindən sonra toparlana bildi. Belçikalı ulduzun hazırkı performansı ilə göz qamaşdırdığını desək, yəqin ki, yanılmarıq.


Rorbert Levandovski: Polşalı ulduz futbol dünyasının ən önəmli forvardlarından biri olduğu sirr deyil. "Bavariya"nın heyətində bir çox ulduz futbolçu yer alsa da, komandanın onurğa sütunu məhz Leva hesab olunur.


Lionel Messi: Bu mövsüm gözlənilən performansı sərgiləyə bilməsə də, yavaş-yavaş özünə gəlir. Onun yeni ildə daha effektli olması gözlənilir.


Neymar: Braziliyalı ulduz bu il olimpiya qızılını qazanmaqla milli forma ilə parladı. Lionel Messi və Luis Suares kimi ulduzların yanında özünü yaxşı tərəfdən göstərə biləcək bir futbolçu varsa, bu Neymar ola bilər.


Paul Poqba: Fransız ulduzun "Mançester Yunayted" karyerası uğurlu başlamasa da, onun boş yerə dünyanın ən bahalı oyunçusu adını qazanmadığını hər kəs bilir. "Old Trafford"da öz yerini tapa bilsə, dünyanın ən yaxşılarından biri ola biləcək.


Luis Suares: Artıq bir neçə ildi vurduğu qollarla komandalarını uğura daşıyan uruqvaylı ulduz "Barselona"da da özünü yaxşı tərəfdən göstərir. Onun yeni ildə daha parlaq oyun sərgiləməsi gözlənilir.


Kristiano Ronaldo: 31 yaşlı portuqaliyalı ulduz bundan sonra 10 il oynamaq niyyətindədi. Ciddi bir zədəsi olmasa, bu səviyyəli ulduzun "Real" kimi səviyyəli klubda hələ uzun illər ən yaxşılardan olacağı sirr deyil.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-2017-ci-ild-n-yax-ola-bilck-t54127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR