Tatlısəsin qızından dava xəbərinə reaksiya: “Belə bir hadisə olmayıb”

Tatlısəsin qızından dava xəbərinə reaksiya:  “Belə bir hadisə olmayıb”
00:34 14 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Nişantaşında gecə klublarından birində başına gələnlərə aydınlıq gətirib.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki həftə bundan öncə baş verən hadisədən sonra susan gənc qız indi açıqlama verərək, heç kimi döymədiyini bildirib.

 

"Belə bir hadisə olmayıb. Olsaydı, gedib şikayət edərdim. Əlimizdə kamera görüntüləri olardı. Bir də ki, mən kimisə vuracaq qədər zalım deyiləm", - deyə Dilan bildirib.

 

Qeyd edək ki, gecə klublarından birində müğənni ilə tamaşaçı arasında dava düşdüyü barədə məlumat yayılıb. Məlumata əsasən, Çıtakla tanış olmaq istəyən içkili bir kişi ona yaxınlaşıb. Bir neçə dəfə xoşluqla onu geri döndərən Dilan, sonradan əsəbiləşərək əlindəki stəkanı həmin şəxsin üzünə çırpıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR