Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İmişlidə yük maşını yanıb, sürücüyə tibbi yardım göstərilib

İmişlidə yük maşını yanıb, sürücüyə tibbi yardım göstərilib

Təcili tibbi yardım yerinə yanğınsöndürən çağırdılar, xəstə öldü - GƏNCƏDƏ (16 Mart 2017 16:05)
Təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırıldı: xəstə öldü (16 Mart 2017 14:39)
«Turan»-ın iki oyunçusu xəstəxanaya düşdü (07 Mart 2017 21:24)

Tarix: 14 Noyabr 2016 00:47

İmişli.14 noyabr.REPORT.AZ./ Axşam saatlarında İmişli rayonunda yük maşınının banı içərisindəki əşyalarla birlikdə yanıb.
“Report”un Aran bürosu xəbər verir ki, Oğuz rayon sakini Rəşad Nurməmməd oğlu İbrahimovun idarə etdiyi “Hundai” markalı yük avtomobilinin banı qəflətən yanmağa başlayıb.
Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşın tərəfindən söndürülüb. Buna baxmayaraq banın bir hissəsi və içərisində olan təsərrüfat malları yararsız vəziyyətə düşüb. Özünü pis hiss edən sürücüyə isə hadisə yerinə gəlmiş "təcili yardım" həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.



Teqlər:  İmişlidə yük maşını yanıb sürücüyə tibbi yardım göstərilib



RƏYLƏR


Top xəbərlər