İmişlidə tikinti materialları daşıyan yük maşını yandı

İmişlidə tikinti materialları daşıyan yük maşını yandı
00:49 14 Noyabr 2016
153 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə tikinti materialları daşıyan yük maşını yanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi gecə saat 21.00  radələrində  baş verib.

 

İmişli rayonuna  tikinti materialları  satmaq  məqsədi ilə  gələn Oğuz rayon sakini, Rəşad İbrahimova məxsus “Hundai” markalı  99 XL 548 dövlət nömrə nişanlı avtomobilin yük yerində qəfildən tüstülənmə baş verib.  Qısa müddətdə alov yük yerini əhatəsinə alıb.

 

Yanğının söndürülməsinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika  və  canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb.  Yük maşını yanğından xilas edilsə də,  yük yerində olan malların  xeyli hissəsi yanaraq sıradan çıxıb. Sürücünün bildirdiyinə görə, avtomobildə 50 min manatlıq tikinti materialı olub.  Yanğın zamanı avtomobilin sürücüsü tüstüdən zəhərlənib. Təcili yardımla hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR