Mövlud Çavuşoğlu Avroparlamentin sədrinə sərt cavab verdi

Mövlud Çavuşoğlu Avroparlamentin sədrinə sərt cavab verdi
01:34 14 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin sədri Martin Şultsu riyakarlıqda ittiham edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu Ankarada səfərdə olan Çin XİN rəhbəri Van İ ilə keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

“Bizə qarşı təhdidlər siyasətimizə təsir etmir və etməyəcək. Yaxşı olardı ki, Şults Avroparlamentdə PKK-nın fəaliyyətini dayandırsın, terrorçulara qarşı çıxış etsin. Biz bu məsələdə hələ ki Avropa İttifaqı nümayəndələrinin , o cümlədən Martn Şultsun ikiüzlülüyü və ikili standartlarını müşahidə edirik.  İnsan haqları mövzusunda dərs keçmək istəyənlərin riyakarlığı bizə də, Çinə də yaxşı məlumdur”, deyə M.Çavuşoğlu bildirib.

 

Ötən gün Avropa parlamentinin sədri Martin Şults Türkiyəni iqtisadi sanksiyalarla hədələyib. Qeyd edək ki, bu ilin iyulunda Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Parlamenti (AP) binasında PKK terror təşkilatının sərgisi keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR