İspaniya mətbuatı Azərbaycandakı hərbi təlimlərdən yazdı

İspaniya mətbuatı Azərbaycandakı hərbi təlimlərdən yazdı
04:43 14 Noyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

İspaniyanın terra.es portalı “Azərbaycan Qarabağ cəbhəsi yaxınlığında böyük hərbi təlimlərə başlayıb” sərlövhəli yazı dərc edib.

Publika.az xəbər verir ki, Azərbaycanın rəsmi orqanlarına istinadən təlimlərə 60 min hərbçinin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, 700-dək qurğu və sistemin cəlb olunduğu bildirilir.

Məqalədə deyilir ki, hərbi təlimlərin başlanması Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə xəttinə səfəri ilə üst-üstə düşüb.

Yazıda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib, Ermənistanın Qarabağ və ətraf rayonları işğal altında saxlaması qeyd olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR