Əvvəllər kralların təhlükə zamanı qəsri tərk etmək üçün istifadə etdikləri tunel indi əntiq avtomobillər və motosikllərlə doludur.
Publika.az xəbər verir ki, İtaliyanın Neapol şəhərinin mərkəzində, 16-cı əsrə aid akvedukların olduğu yerdə kral 2-ci Ferdinand Burbonun əmri ilə 1853-cü ildə "qaçış tuneli" qazılmış və inşa olunmuşdu.
"Galleria Borbonica" əvvəllər yeraltı sığınacaq kimi istifadə olunsa da, sonradan atılmışdı.
İndi həmin məkan köhnə avtomobillər və motosikllərlə dolu turizm məkanıdır. (milli.az)