Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək

Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək

BƏƏ İsveçrədəki səfirini geri çağırdı - GƏRGİNLİK (20 Mart 2017 15:53)
BƏƏ İsveçrədəki səfirini geri çağırdı - GƏRGİNLİK (20 Mart 2017 14:42)
ABŞ Fars körfəzində hərbi təlimə başladı (19 Mart 2017 18:29)

Tarix: 14 Noyabr 2016 07:02

Bakı. 14 noyabr. REPORT.AZ/ Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən "Al-Ayyam" nəşri məlumat yayıb.
Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.
Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək.

Teqlər:  Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək



RƏYLƏR


Top xəbərlər