Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkədə daşlar bala verir - FOTO

Bu ölkədə daşlar bala verir - FOTO

Date: 14 November 2016 07:37

Rumıniyanın cənubunda rast gəlinən qeyri-adi daşlar təkcə sakinlərin deyil, turistlərin də diqqətini cəlb edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu daşların xüsusiyyəti onların artmasındadır.

Belə ki, ilk baxışdan cansız və hərəkətsiz görünən bu daşlar getdikcə artır. Əsasən dəyirmi formaya malik daşlar görünüşləri ilə bu yerlərdə çoxluq təşkil edən qaya parçalarından fərqlənirlər. Hər yağışdan sonra onlarda qeyri-adi nəsə baş verir: onlar göbələklər kimi artır və ölçüləri böyüyür.

Hər gün dünyanın bir sıra ölkələrindən xeyli sayda turist "canlı" daşları izləməyə gəlir. Sakinlərin bəziləri çoxalan daş parçalarından suvenirlər, bəzək əşyaları da hazırlayırlar.

Rumınların "trovant" adlandırdıqları "canlı" daşlar əcnəbilərin də diqqətini cəlb etdiyindən bununla bağlı açıq səma altında muzey var.

Qeyd edək ki, ölkədə ən çox "canlı" daş Vılça vilayətindədir. Onun ərazisində müxtəlif ölçülü, fərqli rənglərə malik daşlara rast gəlmək mümkündür. Turistlərin "bala verən" daşlara marağının çox olduğunu görən Vılçanın hakimiyyət orqanları Kosteşt kəndində muzey yaradıblar.

Milli.Az









Tags:  ölkədə daşlar bala verir FOTO

RƏYLƏR


Top news