FİFA-nın sözünə məhəl qoymadılar - CƏZALANDIRILACAQLAR

FİFA-nın sözünə məhəl qoymadılar - CƏZALANDIRILACAQLAR
07:47 14 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

11 noyabr Britaniyada I Dünya Müharibəsində həlak olan əsgərlərin şərəfinə "Barışıq günü" kimi qeyd olunur. 2018 DÇ seçmə mərhələsində keçirilən İngiltərə - Şotlandiya qarşılaşması məhz bu tarixə təsadüf etdiyindən hər iki komanda qolunda qara sarğı və "Barışıq günü"nü simvolizə edən lalə emblemi ilə meydana çıxmışdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Wembley"dəki FİFA rəsmisi Dey Qriffits bunu rəsmi raportunda qeyd edib. Belə ki, bu görüşdən öncə lalə emblemini siyasi xarakterli atribut hesab edən FİFA britaniyalılara oyun zamanı bundan istifadə etməyə qadağa qoymuşdu. İndi hər iki millini Ali futbol qurumundan cəza gözləyir. Bu cəza pul cəriməsindən müəyyən sayda xalların silinməsinə qədər ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR