Güclü qar 430 yaşayış məntəqəsini işıqsız qoydu

Güclü qar 430 yaşayış məntəqəsini işıqsız qoydu
08:23 14 Noyabr 2016
191 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada güclü qar nəticəsində 430 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın regional tikinti və mənzil-komunal təsərrüfatı naziri Gennadi Zubko özünün “Feysbuk” səhifəsində yazıb.

“Qeyri-sabit hava nəticəsində Ukraynanın 9 vilayətində elektrik enerjsinin təminatında problemlər yaranıb. Hazırda 430 yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, Zubko qeyd edib.

Nazir həmçinin bildirib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR