Xalid əl-Əbudi Azərbaycana səfər edəcək

Xalid əl-Əbudi Azərbaycana səfər edəcək
08:32 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin dekabr ayının əvvəlində özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktoru Xalid əl-Əbudinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Milli.Az xəbər verir ki, bunu Trend-ə ölkənin maliyyə bazarındakı mənbə bildirib.

"ICD başçısı dekabrın 8-də keçiriləcək beynəlxalq investisiya konfransında iştirak etmək üçün Bakıya gələcək. Həmçinin, hələlik dəqiq olmayan informasiyaya görə, onunla birgə Azərbaycana İslam inkişaf bankı Qrupunun prezidenti Bəndər Həcər gələ bilər", - mənbə deyib.

Mənbənin sözlərinə görə, ərəb ölkələrindən investisiyaların cəlb edilməsinə yönəlmiş konfrans Azərbaycanda bu cür ilk və ən böyük tədbir olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/489086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR