BƏDBƏXT HADİSƏ: 4 yaşlı qızcığaz özünü və anasını odlu silahla vurdu

BƏDBƏXT HADİSƏ: 4 yaşlı qızcığaz özünü və anasını odlu silahla vurdu
08:58 14 Noyabr 2016
283 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İndiana ştatında bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, İndianapolis şəhərində 4 yaşlı qız uşağı evdə olan odlu silahla həm özünü, həm də anasını yaralayıb. Atasının sözlərinə görə, qızcığaz əvvəlcə öz sifətinə atəş açıb, sonra da özünü itirərək anasını boynundan vurub.

Hər iki yaralı dərhal xəstəxanaya aparılıb. Silahın kimə məxsus olduğu məlum deyil.

Polis hadisəylə bağlı araşdırmaya başlayıb.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR