"Atalanta"nın 19 yaşlı futbolçusu Frank Kessi Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, Kot-D`İvuar millisinin üzvü qitənin bir çox aparıcı klublarının diqqətini öz üzərinə çəkib.
"Tuttosport"un xəbərinə görə, oyun tərzinə görə Yaya Tureyə bənzədilən 19 yaşlı yarımmüdafiəçini "Yuventus", "Mançester Yunayted", "Çelsi", "Arsenal" və başqa klublar heyətinə qatmaq istəyir.
Məlumata görə, bu futbolçu ilə bağlı "Napoli" və "Atalanta" arasında anlaşma var. Bu anlaşmaya əsasən "Napoli" Kessini heyətinə qata bilər. Amma gənc futbolçunun "Yuventus"a getmək istədiyi deyilir.
Qeyd edək ki, "Atalanta" Kessini 2015-ci ildə Kot-D`İvuarın "Stella" klubundan 300 min avroya transfer edib. Hazırda "Transfermarkt"ın 7,5 milyon avro qiymət qoyduğu yarımmüdafiəçi cari mövsümdə çıxdığı 11 rəsmi matçda 5 qol vurub. O, ötən ildən dəvət aldığı Kot-D`İvuar millisində 4 oyun keçirib.
Fanat.Az