Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bordo berelilər" Əl Babda

"Bordo berelilər" Əl Babda

Date: 14 November 2016 09:19

Türkiyə Silahlə Qüvvələrinin dəstəyini alan Azad Suriya Ordusu (ASO) İŞİD-in Suriyda önəmli qalası hesab olunan Əl Babı almaq üçün əməliyyata başlayıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, ASO-ya dəstək verən Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ("bordo berelilər") Əl Bab çevrəsinə sızaraq önəmli hədəflərə doğru irəliləyirlər.

 

Bölgədəki mənbələr dünəndən etibarən ASO-nun bir bölümünün Əl Babın şimal məhəllələrinə girdiyini, İŞİD-ə hava hücumuna başlandığını bildirir. Əl Bab əldən gedərsə, İŞİD-in mərkəzi Rakkaya geri çəkiləcəyi də bildirilir.

 

"Bordo berelilər" Əl Babda əsas hədəfləri müəyyən edəndən sonra bölgədə havadan və qurudan geniş əməliyyat başlayacaq. 


Tags:  Bordo berelilər Əl Babda


RƏYLƏR


Top news