İslam və sehr, cadu, ziyarətgahlar

İslam və sehr, cadu, ziyarətgahlar
09:23 14 Noyabr 2016
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cadugərə müraciət edən dinə küfr etmiş olur (10 İyun 2017 20:47)
Cadu olunmuş insan namaz qıla bilər? (02 Aprel 2017 20:52)
Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir? (14 Mart 2017 08:48)

Publika.az zamanınsesi.com-a istinadən Güllü Yoloğlunun yazısını təqdim edir

İslamda təbiət qüvvələri, fizika, kimya və biologiya qanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklər ortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət xaricindəki şeylərə, caduya "sehr" deyilir. "Əl-Hadikat-ün-Nədiyyə"dəki bir hədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: "Kahinlik edən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlara inanan bizdən deyildir. "Quran-i Kərim"ə inanmamışdır".

"İhya"dakı digər bir hədis-i şərifdə "Müsəlman cadu etməz, imanı getdikdən sonra cadusu təsir edər" deyilir. Lakin buna baxmayaraq bəzi müsəlman mollalar hətta kitab açaraq fala baxır, "bəxt açır", "bəxt bağlayır"...

Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstə etdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədə və ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyini yazır.

Muhamməd Masum Faruki demişdir: "Həqiqi mömin batil inanclara inanmaz, sehr, uğursuzluq, fal, ovsun, "Quran-i Kərim"dən başqa şeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə, bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel və iplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyən saxtakarlara inanmaz". Əgər bunları nəzərə alıb türk-İslam aləminə göz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunları edənlərin müsəlman olmadığı ortaya çıxır...

Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdən əvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərə xəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaq yasaqlandı.

İslam aləmində istidrac kafir və fasiqlərdə, yəni açıq-açığına günah işlədən müsəlmanlarda görünən adət xaricində, xarüküladə, qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyni adət xaricində, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda, vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə "Allahü təalanın sevgili qulları" deyilir. Əslində lüğətdə kəramət ərəbcə qəribə, qeyri-adi, insanın imkanları xaricində olan, insanları heyran qoyan, heyrətə gətirən şey anlamındadır.

"Hansı peyğəmbərin ümmətindən olursa olsun, vəlilərdən adət xarici, yəni fizika, kimya və fiziologiya qanunları xaricində meydana gələn şeylər, hadisələr, üstünlüklər kəramət adlandırılır...". Yəni dinindən asılı olmayaraq hər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların (İslamda kafirlərin - G.Y.) göstərdiyi və adi insanı heyran qoyan, heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundan başqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir. Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehir alətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözlərini açır, Məhəmməd peyğəmbər isə "Quran-i Kərim"i insanlara bəxş edir.

Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıq möcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyə bölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəki bütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləri diriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bu möcüzələrdəndir.

Peyğəmbər olacaq şəxslərin adət xarici, yəni xarüküladə, qeyri-adi hallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması, quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmməd peyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların ona salam verməsi və s. İrhasdır.

Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazım deyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladan utanarlar.

Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi ilə eyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimi qəbul edən din adamları bir tərəfdən "övliyanın kəramətinə inanmaq lazımdır" desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü, birincinin "kəşf" olduğunu vurğulayırlar. "Kəşf" qapalı şeyin üstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görmək deməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik. Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər. Buna bənzər terminlərdən biri də firasətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlarda görünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyən şeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-i Taberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: "Möminin firasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır" adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isə maddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. "Bu kəramət seçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir" deyən müəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərə verilən "vergi"ni də kəramətin iki qolundan biri adlandırırlar. Bir tərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlara inanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdən ikinci qola inananları cahil adlandırırlar.

Allahü Təala özünə yaxın olan seçilmiş qullarına "vergi" verir. Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zaman qeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyi mümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin 124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-i rəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəni əvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı daha yüksəkdir, yəni Ülül-azmdır (Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardan yalnız 28-nin adı "Quran-i Kərim"də verilir.

Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlar arasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbər göndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədən çəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öz təmsilçilərini seçir ("Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçün göndərdim" (Nisa surəsi, 164))...

Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə "bəsirət" deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama və Firasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: "Allahü təala möminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədə firasət göstərirlər". Yəni din adamları və dinimiz bəzi insanlara vergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir.

"Hilyet-ül-Evliya"da zikr edilən bir hədis-i şərifdə deyilir: "ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləri İbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarından bəlaları uzaqlaşdırır. Bunlara "əbdal" deyilir. Onlar bu dərəcəyə namaz və orucla yetişmədilər". Abdullah ibni Məsudun "Ya Rəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?" sualına Peyğəmbər "Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə cavab verir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlara nəsihət edə bilirlərmiş...

Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara "Kutb-ül-aktab" deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq, sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğul olan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrində üçlər, yeddilər, qırxlar... deyə söylənilən və bu işlərlə əlaqədar seçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanında da vardılar.

İmam-i Rəbbaniyə görə, dərdlərin, bəlaların yox olması, xəstələrin sağalması və s. məhz "kutb-i ebdal" da, "kutb-ül-aktab" da deyilən kutb-i mədarın feyzlərilə olur. Deməli, Məhəmməd peyğəmbər zamanında da bu gün elmdə şaman adlandırdığımız - xəstələri sağalda, yağış yağdıra, gün çıxarda, dərdin, bəlanın qarşısını ala bilən insanlar, yəni İslami terminlə desək, kutb-ül-aktab, kutb-i mədar və ya kutb-i ebdal vardı. "Kutb-i ebdalın (kutb-i mədarın) hər zaman, hər əsrdə olması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünki aləmin nizamı ona bağlı qılınmışdır. Əgər bu kutblardan biri gedərsə (ölərsə), yerinə başqası təyin edilir... Məhəmməd peyğəmbərin zamanında ebdal kutbu isə həzrət-i Ömər ilə Üveys əl-karani idilər".

Bir də kutb-i irşad var. Çox az olan kutb-i irşada Məhəmməd peyğəmbəri misal gətirmək olar.

İslamda müqayisəli terminlərdən biri də "qavs"dır. Muhyiddin ibni Ərəbi qavsın mədar kutbu olduğunu söyləsə də, İmam-i Rəbbani onun mədar kutbundan daha yüksək olub ona yardım edən olduğunu deyirdi. Məsələn, Qavs-i azam ləqəbi verilən Abdülkadir Geylani insanlara, o cümlədən də cinnilərə yardım edərdi. Buna görə də ona gavs-üs-sakaleyn də deyirdilər. İslamdakı "havass" termini də insanları pisliklərdən, şər işlərdən qoruyan, yaxşı əməllər sahibi olan bu gün elmdə ağ şaman dediyimiz şəxslərdir.

Nücəbalar da insanları dardan qurtaran, onlara çətin işlərində yardımçı olan şəxslərdir.

İman Muhamməd Qazalı əsrar (sirlər, gizli şeylər) bilgilərində, Əbdülkadir-i Geylani kəramətlər göstərməkdə və feyz verməkdə məşhur idilər. Qədimdə seçilənlər tayfadaşları ilə Yaradan arasında əlaqə yaradırdılar. O vaxtlar oxumağı, yazmağı bilməyən peyğəmbərlərə və ətrafdakılara kitab göndərməyin heç bir mənası yox idi.

Əbu Bəkrdən gələn silsilə İmam-i Cafər-i Sadıkla, onunku Tayfur Bayezid-i Bistami ilə (Tayfuriyyə), ondan sonra Əbül-Həsən Xarkani, Əbu Əli Farmədi və Yusif-i Həmədani ilə, Həmədaninin üçüncü xəlifəsi Əhməd Yasəvi ilə (yasəviyyə), sonra Şeyx Loğman-i Xorasaninin xəlifəsi Hacı Bektaş-i Vəli (bektaşiyyə) ilə davam etmişdir. Hazırda hürufilərin bektaşiliyə sahib çıxdıqları söylənilir.

Əbu Mansur Hallacın "Ənəl Həqq", Bayazid-i Bistaminin "Sübhani" və s. bir çoxları tərəfindən uyğun sayılmasalar da, təsəvvüf böyükləri tərəfindən uyğun olaraq izah edilirlər. Salik isə təsəvvüf yolçusu deməkdir.

Lakin bir elm də var - İlm-i ledün və ya ledünni elmi. Bu elm çalışmaqla əldə edilməz. Çalışılmadan əldə edilən Allahü təalanın vergisinə "vehbi", xalq arasında isə "fəhm" deyilir. O, ihsan edilən kimsələrə verilir. Hamıya verilməz. Hər kəsə də aid deyil. Peyğəmbərlərə verilən elm isə hər kəsə aiddir. Bu baxımdan, peyğəmbərin elmi ledünni elmindən üstündür.

Kəramətlər göstərməkdə, feyz verməkdə məşhur olan, Qavs-i azam ləqəbi ilə tanınan, gözəl dini təlim görən Əbdülkadir Geylani dərs verdiyi vaxt birdən hər şeyi buraxır, 25 il İraqın səhra və xarabalıqlarında "şeytanlarla" mücadilə edir. Onlara boyun əymir. Ona vergi verilir. O, bir gün yuxuda Peyğəmbər əfəndimizi gördüyünü belə xatırlayır: Peyğəmbərin "Ey oğlum, niyə danışmırsan?" sualına "Mən yabançıyam. Bağdad fasihlərinin yanında necə danışım?" deyə cavab verdim. "Ağzını aç!" deyə peyğəmbər əfəndimiz buyurdu. Sonra "yeddi dəfə mübarək ağzının suyundan ağzıma saçdı və "İnsanlarla danış, onları gözəl hikmət və vəzlərlə Rəbbinin yoluna çağır" dedi.

Geylani günorta namazını qılarkən birdən nitqi tutulur. Əli bin Əbu Talibi bunu görür. O, Geylaninin nitqinin tutulduğunu bilib onun ağzına altı dəfə tüpürür ("ağzının suyundan ağzına saçır"). Bundan sonra Əbdülkadir Geylani gözəl və təsirli bir dillə danışmağa başlayır. İslamda olduğu kimi, şamanlarda ağzına tüpürməklə müalicə etmək, vergini qəbul etməyi asanlaşdırmaq və s. geniş yayılmışdır.

Azərbaycan ərazisində doğulub yetişmiş kəramətli övliya böyüklərindən biri də Əbdülməcid Şirvanidir... Bir gün kitablardan biri dil açıb onunla danışır. Qorxusundan kitabı kənara atan Əbdülməcid dağlara gedir, mağarada yaşayır. Bu əsnada ona bəzi kəramətlər ihsan edilir. Vəhşi heyvanlar ona toxunmur, uçduğunu hiss edir. Əbdülməcid Şirvani Şirvanlı Mevlana Şexkubadın müridi olur, onun ölümündən sonra yerini tutur, az sonra Tokata gedir.

1564-cü ildə Tokatda taun xəstəliyi yayılır. İnsanların istəyilə Əbdülməcid Şirvani bir dua edir və xəstəlik çəkilib gedir. Lakin həmin ildə onun özü vəfat edir. Qəbri Kəlkit çayının kənarındadır. Onu da qeyd edək ki, Tokatın Çay məhəlləsi yaxınlığında Əbdülməcid Şirvaninin də məzarının yerləşdiyi Şeyx-i Şirvan qəbristanlığı var. Vəfatından əvvəl azərbaycanlı vəli vəsiyyət edir ki, sevənləri qəbri üzərində türbə tikməsinlər, onu digər müsəlmanlardan ayırmasınlar. Lakin sonralar bir çoxları türbə tikməyə cəhd göstərirlər. Qübbə tamamlanan gecə tikinti təməldən uçur. Bir neçə dəfə bu hadisə təkrar olduqdan sonra türbə tikmək istəyənlər bu fikirlərindən daşınır, vəlinin qəbrinin ətrafına daşlar yığırlar. Tokat və çevrə xalqı Əbdülməcid Şirvaninin qəbrini ziyarətgaha çevirib...

Deyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılı kitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığı yastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beynini təmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günü bilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: "Cinlər də ondan çəkinər, itaət edib sözünü dinlərdilər". Allahü Təala sevdiyi qulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar, dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura, eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi. İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami, qoruyucu, köməkçi ruh deyilir.

Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır: "Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbir ziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsi üçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak) edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərə adak deməkdir... Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək, sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərinin bitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə mane olmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etmək kimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır. Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlər İslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasına şərait yaradırlar".

Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclara al-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdə qurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərə pənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həmin yerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir. Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə, xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan öz məqsədləri üçün istifadə edir, onu özününküləşdirir...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı modelin yaxta gəzintisində FACİƏVİ SONU - MEYİTİ TAPILMIR

29 İyun 2017 13:24

Poroşenko Krım barədə tapşırıq verdi

29 İyun 2017 13:23

"Bərkgedən" avtomobil yola 1250 manatlıq ziyan vurdu - FOTO

29 İyun 2017 13:22

Sərvətini 300 minlik kitabxanasına xərcləyən əfsanəvi dizayner - FOTO

29 İyun 2017 13:18

Proqnozlar Bürosu: Həftə sonu ölkə ərazisində yağış yağacağı gözlənilmir

29 İyun 2017 13:17

Azərbaycan pavilyonu "EKSPO-2017"-də ən çox ziyarətçi qəbul edən beş pavilyondan biridir

29 İyun 2017 13:17

“United Credit Bank” “MilliÖN” Ödəmə Sisteminə qoşulub

29 İyun 2017 13:17

Sabahın HAVAsı

29 İyun 2017 13:17

Yeni Zelandiyada GÜCLÜ ZƏLZƏLƏ

29 İyun 2017 13:17

Beyonse 130 milyon dollara villa alır - FOTO

29 İyun 2017 13:12

“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

29 İyun 2017 13:12

Bakıda makler qadın ev sahibinə cinsi əlaqə təklif etdi - VİDEO

29 İyun 2017 13:12

Sobada badımcan kababının hazırlanması

29 İyun 2017 13:10

Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...

29 İyun 2017 13:09

“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq

29 İyun 2017 13:07

"Liverpul" London klubundan futbolçu almaq istəyir

29 İyun 2017 13:05

Qətər Səudiyyənin şərtini qəbul etdi? - Türkiyə "oyundan çıxarılır"

29 İyun 2017 13:05

Arda Turan sevgilisiylə tətildə - FOTO

29 İyun 2017 13:05

Bakı Zooloji Parkında yenidənqurma işləri

29 İyun 2017 13:04

NATO Əfqanıstana əlavə hərbçi göndərəcək

29 İyun 2017 13:02

“Təhsil müəssisələrinin optimallaşdırılması davam etdirilir” - Nazir

29 İyun 2017 12:59

Sabah 35 dərəcə isti olacaq

29 İyun 2017 12:58

Qız üstündə keçmiş məhkumu öldürüb qamışlığa atan şəxs tutuldu

29 İyun 2017 12:57

Tanınmış müğənni sətəlcəmdən öldü

29 İyun 2017 12:57

Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

29 İyun 2017 12:57

Çili finalda - VİDEO

29 İyun 2017 12:57

“Qəbələ”nin yeni transferi: "Ümid edirəm ki..."

29 İyun 2017 12:57

Sabaha olan

29 İyun 2017 12:54

Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ

29 İyun 2017 12:53

Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

29 İyun 2017 12:52

Futbolda dördüncü əvəzetmədən istifadə olundu

29 İyun 2017 12:52

Yağış, 35 dərəcə isti - SABAH

29 İyun 2017 12:49

Bakıda silahlı şəxs yaxalandı

29 İyun 2017 12:49

Keçmiş şahzadə sarayda məhkum edildi - QALMAQAL

29 İyun 2017 12:48

"Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib

29 İyun 2017 12:47

Mingəçevirin eşitmə və danışma əngəlli qeyri-adi sənətkarı - VİDEO - FOTO

29 İyun 2017 12:47

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

29 İyun 2017 12:47

Elton Hüseynəliyev xanımı barədə nələr yazdı?

29 İyun 2017 12:44

Yağış yağacaq, şimşək çaxacaq

29 İyun 2017 12:42

Sumqayıtda 23 yaşlı gənci öldürən şəxs tutuldu

29 İyun 2017 12:41

Bakıda zorakılıq: qadını çığırda-çığırda maşına mindirdilər - VİDEO

29 İyun 2017 12:37

Bakı metrosunda ehtiraslı anlar - Gənclər özlərini "saxlaya" bilmədilər - VİDEO

29 İyun 2017 12:37

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır

29 İyun 2017 12:37

Hansı nazirin qəbuluna düşmək istəyirsiniz?

29 İyun 2017 12:37

Ekologiyaya ziyan vuran ən təhlükəli cihazlar bəlli olub

29 İyun 2017 12:35

Tanınmış müğənni vəfat etdi

29 İyun 2017 12:34

Azərbaycan müğənniləri neçə minlik avtomobil sürür? - SİYAHI

29 İyun 2017 12:33

Prospektə 4 avtomobil toqquşdu - VİDEO

29 İyun 2017 12:32

Hamilə qadın ərini YouTube-a görə öldürdü - VİDEO - FOTO

29 İyun 2017 12:32

İnsan ölümə aparan 10 MƏKAN: İstanbul və... - Əsla bu YERLƏRƏ GETMƏYİN - VİDEO

29 İyun 2017 12:28