ABŞ erməniləri Azərbaycana və Türkiyəyə qarşı sanksiyalara çağırdılar

ABŞ erməniləri Azərbaycana və Türkiyəyə qarşı sanksiyalara çağırdılar
09:27 14 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Trampın seçkilərdəki qələbəsindən sonra sarsıdıcı zərbə alaraq nokdaun vəziyyətinə düşmüş ABŞ-dakı erməni diasporu nokaut olmamış özünə gəlməyə başlayıb. Seçkidən əvvəl və seçkilər dövründə bütün ümidlərini demokratlara bağlayan və onların namizədi Hillari Klintona hərtərəfli dəstək verən ABŞ erməniləri məğlubiyyətdən sonra bütün nifrətlərini yenidən Azərbaycana və Türkiyəyə qarşı yönəldiblər.

Milli.Az virtualaz-a istinadən bildirir ki, bunu onların seçkilərdən sonrakı ilk addımları və bəyanatları da sübut edir.

Görünür, bu, bir növ keçid dövrü üçün lazım idi: əvvəl hakimin 10-a qədər sayıb qurtarmasını gözləmək, qalxmaq və göstərmək ki, hər şey qaydasındadır, Tramp haqqında sonra danışacağıq, hələlik isə qədim və əzəli düşmənlər var, onlar haqqında düşünmək daha asandır.

Və budur: Amerikanın Erməni Məclisi ABŞ-ın yeni Konqresinin üzvlərini "avtoritar rejimlər hökm sürdüyünə görə" Türkiyə və Azərbaycan üzrə əlaqədar komitələrin tərkibindən çıxmağa çağırıb.

Təşkilatın çağırışında xüsusi qeyd olunur ki, bu il - bir müddət əvvəl Azərbaycan dinc erməni sakinlərinə hücumlara təşəbbüs göstərib" və bu "türk hərbçilərinin dəstəyini" alıb.

Erməni KİV-i Məclisin həmsədrləri Entoni Barsamyanın və Vana Krikoryanın sözlərindən sitat da gətirir: "İndi Türkiyə və Azərbaycanla bağlı ABŞ-ın siyasətini təkrar gözdən keçirməyin əsl vaxtıdır".

"Buna görə də biz Türkiyə və Azərbaycan üzrə komitələrin üzvlərini israrla onları dəstəkdən imtinaya və belə iyrənc aktlara qarşı çıxış etməyə çağırırıq", - deyə həmsədrlər bildiriblər.

Bu ilin aprel hadisələrini Azərbaycan vətəndaşlarına xatırlatmağa ehtiyac yoxdur. Hamı nəyin və necə baş verdiyini bilir. Azərbaycan ərazilərini işğal etmiş erməni qoşunları növbəti dəfə Azərbaycanın mövqelərinə və dinc kəndlərinə atəş açmağa başladı. Atəşə cavab verən Azərbaycan qoşunları əks-hücuma keçdi və 2000 hektardan çox torpağı azad etdi. Üstəlik, ermənilərdən geri qaytardığı yüksəkliklər sayəsində daha böyük ərazini nəzarət altına aldı.

Amerikanın Erməni Məclisi, başqa erməni təşkilatları kimi, Türkiyə və Azərbaycana qarşı müxtəlif növ sanksiyaya çağırmağa üstünlük verərkən nədənsə öz tarixi vətənləri Ermənistanı - harada ki, iyulda girovlar götürən və üç polisi öldürən terrorçular hətta amnistiya ilə həbsxanadan çıxa bilərlər, - unudur.

Bəlkə Azərbaycan və Türkiyə diasporlarının da Amerika Konqresi üzvlərini Ermənistan üzrə komitənin tərkibindən çıxmağa, avtomatlarla gəzən və terrorla məşğul olan adamların milli qəhrəman hesab edildiyi Yerevana qarşı sanksiyalara çağırmalarına ehtiyac var?!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR