Ronaldo Müllerə çatdı, Qurbanov liderlərdən uzaqlarda

Ronaldo Müllerə çatdı, Qurbanov liderlərdən uzaqlarda
09:37 14 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandaların heyətində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin Latviya ilə matçında (4:1) dubla imza atan Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo qol sayını 68-ə çatdırıb.

İspaniya "Real"ında çıxış edən pireneyli bununla Avropanın ən məhsuldar oyunçuları siyahısında 4-cü yerə şərik olub. Almaniyalı Herd Müllerə çatan Ronaldo növbəti matçda 69-cu qolu vursa, Bundestimin ikincisini arxada qoyacaq.
 
Siyahıya isə Macarıstan və İspaniya yığmalarında üst-üstə 84 qol vuran Ferens Puşkaş başçılıq edir. Digər macar Şandor Koçiş 75 dəfə fərqlənib. 3-cü sırada qərarlaşan almaniyalı Miroslav Klozenin hesabında 71 qol var.
 
Qeyd edək ki, Azərbaycan yığmasının rekordçusu Qurban Qurbanov millidə 14 qol vurub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR