Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub

Ermənilər atəşkəsi 143 dəfə pozub (22 Mart 2017 10:19)
Cəbhədə GƏRGİN GECƏ (22 Mart 2017 10:18)
Cəbhədə son VƏZİYYƏT (22 Mart 2017 10:12)

Tarix: 14 Noyabr 2016 09:47

Bakı. 14 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Teqlər:  Azərbaycan MN Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub



RƏYLƏR


Top xəbərlər