Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali Osetiya yığmasının baş məşqçisi: "Azərbaycan mənim ikinci vətənimdir"

Şimali Osetiya yığmasının baş məşqçisi: "Azərbaycan mənim ikinci vətənimdir"

Date: 14 November 2016 09:52

Bakı. 14 noyabr. REPORT.AZ/ "Demək olar ki, 10 ilimi Azərbaycan yığmasında keçirdim. 2007-ci ildə yığmaya qoşuldum. Bu komandada dünya çempionu, üç qat Avropa çempionu, 3 dəfə Yay Olimpiya Oyunlarının mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi oldum". 
"Report"un məlumatına görə, bunu "Sputnik Osetiya"ya müsahibəsində sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Xetaq Qazyumov deyib.
Hazırda Şimali Osetiya yığmasının baş məşqçisi kimi fəaliyyət göstərən Qazyumov Azərbaycanı ikinci vətəni adlandırıb: "Mən bu yığmaya gələndə, onlar mənim üçün çox şeylər ediblər. İdmanda daha da yüksəlmək, nəticə verməyim üçün əllərindən gələni etdilər. Mənim çəkimdə Rusiya yığmasında böyük rəqabət var. Bu səbəbdən də "Pekin-2008" olimpiadasından öncə belə qərar qəbul etdim ki, öz gücümü Azərbaycanda göstərim. Onlar çox yaxşı müqavilə təklif etdilər. Nəticədə 10 ilədək birgə işlədik".
Qazyumov hələ də Azərbaycan yığmasının üzvləri ilə münasibətdə olduğunu bildirib: "Biz isti, dostluq münasibətini saxlayırıq. Nə vaxt getsəm, məni öz doğmaları kimi qarşılayırlar. Azərbaycanın məşqçiləri də buraya gələndə onları Osetiyada mövcud olan qonaqpərvərliklə qəbul edirik".
Qeyd edək ki, Xetaq Qazyumov Şimali Osetiyanın sərbəst güləş üzrə yığma komandasında baş məşqçi vəzifəsinə ötən həftə təyin olunub. 


Tags:  Şimali Osetiya yığmasının baş məşqçisi Azərbaycan mənim ikinci vətənimdir

RƏYLƏR


Top news