Aydın Əliyev Saatlıda qəbul keçirəcək

Aydın Əliyev Saatlıda qəbul keçirəcək
09:59 14 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 18-də saat 11:00-da Saatlı şəhərindəki Gənclər Mərkəzində (Heydər Əliyev meydanı) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Saatlı, Şirvan, Sabirabad, İmişli, Beyləqan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 17-si saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: ((021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR