"Ən yaxşı serial" mükafatı qaytarıldı - "Altın Kelebek"də qalmaqal

"Ən yaxşı serial" mükafatı qaytarıldı - "Altın Kelebek"də qalmaqal
10:01 14 Noyabr 2016
155 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Türkiyədə 43-cü "Altın Kelebek" mükafatları təqdim edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "ilin ən yaxşı serialı" mükafatını "Diriliş Ertuğrul" qazanıb. Serialın heyəti mükafatı almaq üçün səhnəyə çıxıb, lakin ssenarist Mehmet Bozdağ və layihənin digər üzvlərinin nitq söyləməsinə icazə verilmədən onları kulisə göndəriblər.

Bu hadisədən sonra serialın yaradıcı və texniki heyəti, fanatlar sosial mediada mükafatlandırma gecəsini sərt tənqid ediblər. Mərasimin aparıcısı Okan Bayülgen bundan sonra səhnədə lağ formasında üzr istəyib. Bundan daha çox əsəbiləşən "Diriliş Ertuğrul" heyəti mükafatı qaytarıb.

Mehmet Bozdağ mediada açıqlama yayaraq qeyd edib:

"..."Diriliş Eruğrul" serialı tamaşaçı səsverməsi ilə digər bütün mükafatlardan olduğu kimi "İlin ən yaxşı serialı" mükafatını layiqincə qazanmışdır.

Yayımlandığı 3 mövsüm və 65 həftədir bütün reytinq qruplarında birinci olan və reytinq rekordları qıran, Türkiyə ilə birlikdə 30-dan çox ölkədə yayımlanan serial hər şeyi haqqıyla qazanıb.

Mükafatlandırma zamanı rejissor və ssenarist olaraq izləyicilərimizə təşəkkür etməyimizə mane olunub. Hər kəsə bu haqq verilərkən bizlərə qarşı edilən bu hərəkətin təsadüfi olmadığını düşünürəm. Bunu bizdə və sizə biz hörmətsizlik kimi qəbul edərək aldığımız mükafatı kulisdə geri qaytardım.

Aparıcı Okan Bayülgenin isə üzr yerinə Türkiyə və dünyada bu qədər izlənilən bir serialı heç izləmədiyini söyləməsi və bundan sonra izləyəcəyini bildirməsi nəzakətli davranış deyil, Bu, Bayülgenin öz ayıbıdır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR