Evans Azərbaycan millisini rəqib saymadı

Evans Azərbaycan millisini rəqib saymadı
10:27 14 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Hələ oyundan əvvəl bu matçın önəmi barədə öz aramızda söhbət etmişdik. 4 aylıq fasilə öncəsi qalib gəlib, ikinci pilləyə yüksəlmək istəyirdik. Bunu da bacardıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edən britaniyalılar 4:0 hesabı ilə qələbə qazanaraq, ikinci pilləyə yüksəliblər. Qrupdakı vəziyyətləri ilə bağlı yerli mətbuata danışan Evans sona qədər ikinci pillədə qalmaq istədiklərini söyləyib: "Qrupun autsayderi olan San-Marinonu bizim kimi, Norveç və Almaniya da məğlub edib ki, bu da gözlənilən idi. İndi əsas məqsəd mövqeyimizi möhkəmlətməkdi. Gələn ilin ilk matçlarını itkisiz keçirməliyik ki, rəqiblərdən bir qədər uzaqlaşaq".
 
C qrupunda 4 turdan sonra Şimali İrlandiya ilə Azərbaycanın aktivində 7 xal olmasına baxmayaraq, 28 yaşlı futbolçu yığmamızı özlərinə rəqib hesab etmir. O, qrup ikinciliyi uğrunda Çexiya və Norveçlə yarışacaqlarını vurğulayıb: "Gələn il həm Norveçi, həm Çexiyanı, həm də Almaniyanı öz meydanımızda qəbul edəcəyik. Almanlarla sona bir tur qalmış üz-üzə gələcəyik ki, rəqib o vaxta qədər liderliyi təmin edə bilər. Əsas rəqiblərimizlə öz meydanımızda oynamaq bizim üçün üstünlükdü. Hələ uzun yolumuz var. İkinci yer uğrunda amansız mübarizənin gedəcəyi şübhəsizdi".
 
Qeyd edək ki, qrupda V turun oyunları martın 26-da keçiriləcək. Həmin gün Azərbaycan Almaniyanı, San-Marino Çexiyanı, Şimali İrlandiya isə Norveçi qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR