Azərbaycanlıları "zəhərləmək" istəyənlər ələ keçdilər

Azərbaycanlıları "zəhərləmək" istəyənlər ələ keçdilər
10:32 14 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz döv­riy­yə­dən çıx­arıl­ıb.

Milli.Az Trend-ə vistinadən bildirir ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.

Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR