Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abşeronda ağır qəza baş verib, 5 nəfər yaralanıb

Abşeronda ağır qəza baş verib, 5 nəfər yaralanıb

Date: 14 November 2016 10:32

Bakı. 14 noyabr. REPORT.AZ/ Masazır qəsəbəsində sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.
"Report"un xəbərinə görə, hadisə "Duz gölü"nün yaxınlığında baş verib.
Belə ki, 1984-cü il təvvəllüdlü Pavel Nikolay Vitrovicin idarə etdiyi 10 LS 021 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik maşını ilə əks yolda hərəkət edərkən Baxışov İlqar Xalid oğlunun idarə etdiyi "Daewoo" markalı minik avtomobili toqquşub. Nəticədə "Daewoo"nun sürücüsü İ.Baxışov, sərnişinlər 1960-cı il təvvəllüdlü Səmədov Şahlar Mədət oğlu, 1983-cü il təvvəllüdlü Nəsirli Mais Hacıəli oğlu və onun övladları - 11 yaşlı Nəsirli Yusif Mais oğlu, 14 yaşlı Nəsirli Əli Mais oğlu ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. "BMW" markalı avtomobilin sürücüsü Pavel Nikolay Vitrovic isə Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Y. Nəsirlinin vəziyyəti olduqca ağırdır. Onun beyin nahiyəsi zərbədən açılıb.
Yusif Nəsirli və qardaşı Əli Nəsirli güləşlə məşğul olur, hadisə vaxtı onlar idmandan qayıdırmış.
Abşeron Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları hadisə yerində olub. İlkin araşdırmalar zamanı qəzaya səbəb kimi "BMW" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuya getməsi göstərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Tags:  Abşeronda ağır qəza baş verib nəfər yaralanıb

RƏYLƏR


Top news