Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yığmamıza qol vuran hücumçu: "Onun necə sevindiyini..."

Yığmamıza qol vuran hücumçu: "Onun necə sevindiyini..."

Date: 14 November 2016 10:52

Azərbaycanla oyunda bütün bacarığımı göstərdim.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Kayl Lafferti deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edən Britaniya təmsilçisinin hücumçusu oyun və öz çıxışı ilə bağlı fikirlərini bildirib.
 
Ölkəsinin mətbuatına danışan Lafferti bunları deyib: "Meydana çıxmışdımsa, əlimdən gələni etməliydim. Qol vurmaq mənim işimdi. Şadam ki, bunu bacararaq, komandamın qələbəsində rol oynadım. Rəqib qapısına yol tapanda öz işimi yerinə yetirmiş hesab edirəm. Baş məşqçimiz mənim potensialımı bilir. Buna görə də, Maykl Onil klubdakı çıxışımdan asılı olmayaraq, mənə güvənir. Bu faktdı ki, millinin formasında daha yaxşı oynayıram. Onil hər dəfə oyundan öncə deyir ki, sən qol vurub, görüşün qəhrəmanı ola bilərsən. Buna görə də, fərqlənəndə ilk olaraq, ona baxıram. Azərbaycanla matçda da qol vurduqdan sonra elə etdim. Onun necə sevindiyini görmək möhtəşəm hissdi".
 
Qeyd edək ki, Lafferti millimizlə oyunda Şimali İrlandiya yığmasının ilk qoluna imza atıb.

Milli.Az


Tags:  Yığmamıza qol vuran hücumçu Onun sevindiyini

RƏYLƏR


Top news