Bəşəriyyət yadplanetlilərlə ilk dəfə Qobustanda əlaqə yaradıb - Xruşşovu qorxudan sirr...

Bəşəriyyət yadplanetlilərlə ilk dəfə Qobustanda əlaqə yaradıb - Xruşşovu qorxudan sirr...
11:03 14 Noyabr 2016
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

Publika.az Azərbaycan tarixində önəmli yer tutan Qobustan qaya rəsmləri ilə bağlı maraqlı faktı təqdim edir. Qeyd edək ki, bu fakt uzun müddət SSRİ “KQB”-si tərəfindən gizli saxlanılıb. Yalnız sovet quruluşu çökəndən sonra İsveç və İngiltərənin UFO-ları tədqiq edən jurnalları bu məsələni araşdırıblar:

1958-ci ildə Bakı Dövlət Universitetinin bir qrup alimi Qobustan ərazisində apardıqları araşdırmalar nəticəsində maraqlı nəticələr əldə edir. Onlar orta daş dövrü hesab edilən Mezolitə aid olan bu məkanda bəzi işarələrdəki gizli simvolikanı, şifrə və sirləri ilk dəfə gördüklərindən araşdırmaları raport halına salaraq Mərkəzə-Kremlə yollayırlar. Araşdırmalar SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşşovu çox maraqlandırır. Xruşşov təcili şəkildə həmin ərazidə yenidən tədqiqatlar aparılması və raportda qeyd olunan gizli məsələlərin aydınlaşdırılması üçün Bakı Dövlət Universitetinə göstəriş verir. Həmçinin o zaman güclü kadrları çox olmayan universitetin büdcəsini sırf bu araşdırmalara görə artırır.

İsveçdən gələn kristolloqraflarla bərabər Azərbaycan alimləri yenidən Qobustana yollanırlar. Daşların üzərindəki yazı və işarələr avropalı mütəxəssislər tərəfindən de-şifrə olunur. Dövrün sosial, məişət həyatını və dini-mifoloji dünyagörüşünü əks etdirən işarələr araşdırılsa da, bəzilərini çözmək çətin olur. Elə yerli alimlərin də Mərkəzə yolladığı işarələr bunlar idi. Avropalı mütəxəssislər bir müddətdən sonra həmin gizli yazı və işarələri də “danışdıra bilirlər”. Həmin işarələrdə müxtəlif səma cisimləri, səmada hərəkət edən qurğular, insanı təsvir edən işarələrdən tamamilə fərqli olan insanabənzər qayaüstü rəsmlər təsvir olunmuşdu. Artıq Avropa alimlərinin də heç bir şəkk-şübhəsi qalmır:həqiqətən də Qobustan qayaüstü rəsmlərindəki Xruşşova qədər gedib çıxan bu işarələr yadplanetlilərə aid imiş. Alimlər bəzi yazıları oxuyandan sonra fəzalıların Qobustan sakinlərinə müxtəlif vərdişləri öyrətmələrini (əşyalardam istifadəni, alətlər hazırlamağı) təsdiq ediblər.

Image result for xruşşov

Alınan nəticələr yenidən raport kimi Mərkəzə göndərilir. O zaman kifayət qədər sərt və güclü olan SSRİ KQB-si bu nəticələri gizli saxlayır. Mərkəz də hadisəyə yenidən qayıtmağı qadağan edir. Hətta araşdırmada iştirak edən alimləri bu sirri açacaqları təqdirdə sürgün olunacaqları ilə hədələyirlər.

İsveçli arxeoloq isə ölkəsinə gedən kimi müəmmalı avtomobil qəzası nəticəsində dünyasını dəyişir. (moderator.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/175837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR