Qadınlar dəhşətli qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

Qadınlar dəhşətli qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB
11:09 14 Noyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Sumqayıtda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Nərimanov və Azərbaycan prospektlərinin kəsişməsində "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşandan sonra ikinci nəqliyyat vasitəsi piyada keçidindən keçən qadınları vurub. Nəticədə həmin qadınlardan biri vəfat edib, digər ikisi isə ağır yaralanıb.

 

Hadisə yerindən çəkilmiş fotoları sumqayıtxəbər.com-a istinadən təqdim edirik.

 

*****

 

10:17

 

Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov prospektində "Mercedes" və "Opel" markalı iki minik avtomobili toqquşub. Bu qotxunc toqquşma nəticəsində avtomobillərdə olan şəxslərdən 54 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. 30 və 27 yaşlı iki qadın isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR