® “PAŞA Həyat”ın təşkilatçılığı ilə beynəlxalq HR forum keçirilib

®  “PAŞA Həyat”ın təşkilatçılığı ilə beynəlxalq HR forum keçirilib
11:14 14 Noyabr 2016
150 Digər
Ölkə mətbuatı
A- A+

“PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə Bakıda “İnsan Resursları Forumu-Bakı 2016” adlı beynəlxalq forum keçirilib.

Forumun açılışında çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib ki, bu ilki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr edilib, məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

M.Rüstəmov forumun artıq ənənəvi hal aldığını bildirib. “Ötən il keçirilən forum cəmiyyətdə ciddi bir maraq yaradıb. Bu özünü bir daha bu il keçirilən Forum üzrə qeydiyyatdan keçən müraciətlərin sayında göstərdi. Məlumat üçün bidrimək istəyirəm ki, bu forumda iştirak etmək üçün 450 şirkətdən 1500-ə yaxın müraciət daxil olub və yalnız 350 nəfərin iştirakı təmin edilib.  Təbii ki, yer məhdudluğu ilə bağlı müraciət edənlərin hamısı iştirakı mümkün deyil.  Ümumiyyətlə, tendensiya göstərir ki,  foruma olan maraq ildən ilə artır. Düşünürük ki, növbəti il keçirilən forumu daha geniş formatda təşkil edək” - deyə M.Rüstəmov vurğulayıb.

Daha sonra forumun əsas hissəsinə start verilib və çıxışlar dinlənilib. Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azercell”, ARDNŞ, “Deloite Azerbaijan”, “Korn Ferry Hay Group”, “Kare HR Consultacy”, “Adler Central Europe”, “TMA Method International” şirkətinin və digər yerli və beynəlxalq təşkilatların rəhbər nümayəndələri insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına dair maraqlı təqdimatlarla çıxış ediblər.

Forumun sonunda spikerlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, iki paneldən ibarət olan forumun əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslər olub.

Xatırladaq ki, artıq ikinci dəfə keçirilən forum “PAŞA Həyat”ın təşkil etdiyi sosial bir layihə kimi insan resurslarının idarə edilməsi sahəsində Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkənin biznes sektorunda idarəetmənin  inkişafına dəstək olmaq məqsədi daşıyır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR