Dollarla əməliyyatlar 3 dəfə azalıb

Dollarla əməliyyatlar 3 dəfə azalıb
11:18 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalıb.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 60% hissəsi banklararası valyuta bazarında (BVB), 40%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.

BDVB-də isə valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə olunub. 2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni,alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 mln. avro olub. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, habelə, ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/175836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR