Yerində addımlayan yığma və ya son 10 ilin ikinci ən pis nəticəsi

Yerində addımlayan yığma və ya son 10 ilin ikinci ən pis nəticəsi
11:27 14 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi 2016-cı ili başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşü yığmamız üçün sonuncu olub.

Belfastda 0:4 hesabı ilə uduzan komandamız əksər Avropa yığmalarından fərqli, yoxlama oyunu üçün "pəncərə"ni boşa verdiyindən darmadağınla yeni ilə yollanıb. Robert Prosineçkinin yetirmələri özləri üçün sona çatan ildə 8 matç keçirib.
 
2016-cı ilə çox uğursuz başlayan komandamız Qazaxıstan və Andorra ilə görüşlərdə qola da həsrət qalıb. Sonunculara uduzmasaq da, qolsuz heç-heçə məğlubiyyətdən pis olub. Ardınca zəif Makedoniyaya məğlubiyyət və hokkey ölkəsi olan Kanada ilə bərabərlik isə yığmamızın perspektivi haqda mənfi fikir yaradıb.
 
Lakin ilin ikinci yarısı fərqli alınıb. San-Marino və Norveç üzərində seçmə oyunlardakı qələbələr, Çexiyadakı heç-heçə ilə ümumilikdə müsbət çalar qatıb. Sonda alınan Şimali İrlandiya biabırçılığı bu uğurlara kölgədə salsa da, ümumilikdə il ərzində nəticə elə də pis olmayıb.
 
Hər iki qələbəsi seçmə mərhələyə təsadüf edən yığmamız 3 heç-heçədən ikisini yoxlama matçında əldə edib. Heç-heçəsi qədər məğlubiyyəti olan komandamız 1 dəfə seçmə, iki dəfə yoxlama matçında uduzub.
 
Millimizin il ərzindəki məhsuldarlığı isə faciəvidi. Heç bir oyunda 2-dən artıq qol vurmayan yığmamız 8 matçda cəmi 4 dəfə fərqlənib. Ayrı-ayrı matçlarda bunu reallaşdıran komandamız 4 görüşdə rəqib qapısına yol da tapmayıb. Orta məhsuldarlığın 0,5 olmasını daha acınacaqlı edən amil isə Andorra və San-Marino kimi zəiflərlə də oynamağımızdı. Başqalarının bu komandalardan təkcə birinə 8 qol vurduğu halda, yığmamız bu iki cırtdana üst-üstə 1 qol vura bilib.
 
8 oyuna 9 top buraxan komanda arxa xətti ilə də öyünə bilməz. Orta hesabla 1,125 dəfə qapımızda qol görsək və matçların 4-də çərçivəni toxunulmaz saxlasaq da, Makedoniya və Şimali İrlandiya sillələri yaddaqalan və üzücü olub.
 
Millimizin 2016-cı ildəki oyunları
 
26 mart. Antalya (Türkiyə). YO. Azərbaycan - Qazaxıstan - 0:1
26 may. Bad Erlax (Avstriya). YO. Azərbaycan - Andorra - 0:0
29 may. Şvadorf (Avstriya). YO. Azərbaycan - Makedoniya - 1:3
3 iyun. Rohrbax an der Lafnits (Avstriya). YO. Azərbaycan - Kanada - 1:1
4 sentyabr. Serravalle. DÇ. San-Marino - Azərbaycan - 0:1
8 oktyabr. Bakı. DÇ. Azərbaycan - Norveç - 1:0
11 oktyabr. Ostrava. DÇ. Çexiya - Azərbaycan - 0:0
11 noyabr. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan - 4:0
 
Yığmamızın çıxışının əvvəlki illərlə müqayisəsi də maraq doğurur. Komandamız ardıcıl 3-cü dəfədi ili 8 oyunla tamamlayır. 2014 və 2015-də bu sayda matça çıxan yığmamız yoxlama oyunları üçün "pəncərə"ləri boşa verməkdə davam edir. Hərçənd millinin daha çox oyun keçirmək imkanı da var. Oyun sayımızın 2007-13-cü illərdəki kimi ikirəqəmli ədədlə ifadə olunması daha məqsədəuyğun sayılardı. 
 
Amma artıq 3 ildi "8"lə kifayətlənən milli Prosineçkinin rəhbərliyi altındakı 2015 və 2016-da eyni nəticələrə də imza atıb. Xorvatiyalı hər iki ildə 8 sınağa çıxardığı komandadan həm ötən, həm bu il cəmi 2 qələbə görüb.
 
Yığmamız heç-heçə və məğlubiyyət sayında da eyni nəticəyə imza atıb. Bir sözlə, 2 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət Prosineçkili yığma üçün təkrar və ya yerində saymaq hesab edilməlidi.
 
Cəmi 4 qol vurmağımız ötən illə müqayisədə ikiqat geriləmədi. Həmin vaxt 8 dəfə fərqlənən futbolçularımız indi bunun yalnız yarısını bacarıb. Bu isə son 10 ildə ikinci ən pis nəticədi. Yığmamız 2014-cü ildə daha az - cəmi 3 qola sevinmişdi.
 
Buraxılan qolların sayında son ilin ən yaxşı nəticəsi əldə olunub. 9 top buraxan komandamız 2014-cü illə müqayisədə az qala 2 dəfə inkişaf etsə də, buna sevinməyə dəyməz. Çünki daha çox - 12 görüşdə 8 qolun buraxıldığı 2013-cü il hələ də göz önünədi.
 
Millimizin illər üzrə göstəriciləri

il

O

Q

H

M

T/F

1992

1

0

0

1

3-6

1993

4

3

1

0

9-5

1994

6

0

0

6

1-15

1995

6

0

1

5

2-21

1996

9

3

2

4

8-13

1997

10

1

1

8

5-19

1998

10

5

2

3

9-12

1999

9

1

2

6

8-24

2000

9

0

2

7

2-13

2001

10

2

2

6

6-15

2002

11

1

4

6

5-15

2003

8

1

2

5

8-18

2004

11

2

5

4

11-18

2005

11

0

2

9

2-24

2006

8

0

4

4

2-15

2007

14

4

3

7

11-24

2008

11

2

4

5

6-9

2009

13

2

3

8

8-23

2010

10

3

3

4

9-17

2011

10

2

1

7

9-20

2012

10

2

4

4

10-12

2013

12

3

7

2

11-8

2014

8

1

1

6

3-17

2015

8

2

3

3

8-12

2016

8

2

3

3

4-9

CƏMİ

227

42

62

123

160-384

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR