Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyçayda 26 yaşlı qızı qardaşı öldürdü - SƏBƏB

Göyçayda 26 yaşlı qızı qardaşı öldürdü - SƏBƏB

Date: 14 November 2016 11:32

Göyçayda qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 13-də rayonun Alpout kəndində baş verib. Həmin kənddə müvəqqəti məskunlaşan 1990-cı il təvəllüdlü Kərimova Zeynəb İlqar qızı qardaşı, 1995-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Kərimov Araz İlqar oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Tags:  Göyçayda 26 yaşlı qızı qardaşı öldürdü SƏBƏB

RƏYLƏR


Top news