Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT: “Robotlar inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 50 faizini ələ keçirəcək”

BMT: “Robotlar inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 50 faizini ələ keçirəcək”

Date: 14 November 2016 11:35

BMT-nin yeni hesabatında robotların geniş tətbiqinin inkişaf etməkdə olan ölkələrdə məşğulluğa necə təsir göstərməsi və bu problemin aradan qaldırılması üçün hansı strategiyaların kömək edəcəyi barədə danışılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, ötən il BMT süni intellektin və robotlaşdırılmış texnologiyaların inkişafı ilə əlaqədar yaranan təhlükələri müzakirə edib, lakin bu dəfə gündəlikdə duran problemin dünyanın robotlar tərəfindən ələ keçirilməsi ilə əlaqədar olmamasına baxmayaraq inkişaf etməkdə olan ölkələrin rifahına bilavasitə təsir göstərəcək.
 
Avtomatlaşdırılmış texnologiyalar uzun müddətdir inkişaf etmiş ölkələrdə tətbiq edilir ki, bu da iş yerlərinin sayının azalmasına səbəb olur. BMT-nin yeni hesabatında qeyd olunur ki, Afrika və Cənubi Amerika ölkələri robotlaşdırılmış texnologiyaların inkişafı ilə əlaqədar daha böyük riskə məruz qala bilərlər. Məsələn, bu ölkələrdə sənayeləşmə yaxın vaxtlarda avtomatlaşdırılmış istehsaldan istifadəyə tələbatın artmasına görə zəifləyəcək. Bu səbəbdən müxtəlif peşələrin təxminən 2/3 hissəsinə ümumiyyətlə ehtiyac qalmaya bilər.
 
Digər problem istehsalın doğma ölkələrə qayıtması - ofşorların ləğvi tendensiyasıdır. Beləliklə, şirkətlər üçün digər ölkələrdə işçilərin xidmətlərindən istifadə etməkdənsə, öz ölkələrində məhsulları robotlar vasitəsilə istehsal etmək daha sərfəli olacaq.
 
Problemin həlli üçün BMT nümayəndələri robotlaşdırılmış texnologiyaların inkişaf etməkdə olan ölkələrdə inkişafına başlamağı təklif edirlər ki, bu da ofşorinqin qayıtmasına gətirib çıxaracaq və əməyi daha cəlbedici edəcək.
 
Bildirilir ki, insan əməyinin avtomatlaşdırılmış istehsalla birləşdirilməsi daha yaxşı işçi qüvvəsi yaratmağa imkan verəcək.
Nizam Nuriyev 



Tags:  BMT Robotlar inkişaf etməkdə olan ölkələrdə yerlərinin 50 faizini ələ keçirəcək


RƏYLƏR


Top news