Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putinlə Trampın mümkün görüşünün vaxtı açıqlandı

Putinlə Trampın mümkün görüşünün vaxtı açıqlandı

Date: 14 November 2016 11:47

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya (andiçmə) mərasiminə kimi (2017-ci il yanvarın 20-si - red.) Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva Trampdan konkret olaraq nəyisə gözləmir. Mətbuat katibinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidentinin hərəkətlərinə qiymət vermək lazım deyil.

"Bilmirəm, Rusiya prezidenti və Tramp arasında inauqurasiyaya qədər hansısa əlaqələr olacaqmı? Mənə bu məlum deyil, amma, əlbəttə ki, bunu istisna etmək olmaz. Təbrik müraciəti artıq göndərilib", - Peskov deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya ABŞ-la normal münasibətlər axtarışındadır və problemlərin dialoq yolu ilə həllinə ümid edir.

Milli.Az


Tags:  Putinlə Trampın mümkün görüşünün vaxtı açıqlandı

RƏYLƏR


Top news