Bakıda ağac “qətliamı”

Bakıda ağac “qətliamı”
11:53 14 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda növbəti dəfə qanunsuz ağac kəsilməsi hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bazar günü, saat 11 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində olub.

Belə ki, naməlum şəxslər Cəlal Qurbanov küçəsində (“Aura” şadlıq sarayının yaxınlığındakı ərazidə) bir neçə ağacı kəsib. Bundan sonra isə kəsilmiş ağacları və budaqları yük maşınlarına yükləyiblər.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova faktın araşdırılacağını bildirdi.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR