Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTO

Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTO

Date: 14 November 2016 11:57

Bu gecə Yeni Zelanqdiya saşillərində güclü zəlzələ olub.

ABŞ-ın Geologiya Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların gücü Rixter şkalası ilə 7,4 bal olub.

Milli.Az CNN-ə istinadən bildirir ki, zəlzələnin episentri Kraystçörç şəhərindən 95 km aralıda idi.

Zəlzələ nəticəsində 17 nəfər yaralanıb, 2 nəfər həlak olub.

Yeni Zelandiyanın Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Cənub adasının şərq sahilində yaşayan sakinlərə evlərini dərhal tərk edərək daha yüksək yerlərə yollanmaq məsləhət bilinib.

"Sunamiyə baxmaq üçün sahilə getməyin! Radioya qulaq asın, fövqəladə hallar xidmətinin təlimatlarına əməl edin. Təhlükəli yerlərdən uzaq durun", - xəbərdarlıqda deyilir.

Tanınmış seysmoloq Naycel Entoni Qrey isə hələ noyabrın 6-da Facebook-da yazmışdı ki, noyabrın 14-nə keçən gecə Yeni Zelandiyada güclü zəlzələ olacaq.

"Bunun səbəbi Ayın Yerə çox yaxınlaşması, Superay olacaq. Bunun nəticəsində Yerin cazibə qüvvəsində dəyişikliklər olacaq və nəticədə zəozələ yaşanacaq", - Qrey yazmışdı.

Milli.Az























Tags:  Qorxulan oldu Superay Zelandiyada fəlakət yaşatdı FOTO

RƏYLƏR


Top news