Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda daş karxanasında 33 yaşlı kişi bıçaqlanıb

Bakıda daş karxanasında 33 yaşlı kişi bıçaqlanıb

Date: 14 November 2016 12:02

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yerləşən daş karxanasında işçilər arasında dava düşüb.
"Report"un xəbərinə görə, Maştağa qəsəbəsi ərazisində yerləşən daş karxanasında qeydə alınan hadisə zamanı bir nəfər bıçaqlanıb.
Belə ki, 1995-ci il təvvəllüdlü Ramal Səfərov xüliqanlıq zəmnində iş yoldaşı 1983-cü il təvvəllüdlü Mədət Sadıqova bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan M.Sadıqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində (PB) araşdırma aparılır.


Tags:  Bakıda daş karxanasında 33 yaşlı kişi bıçaqlanıb

RƏYLƏR


Top news