Vaqif Sadıqov: "Şimali İrlandiyaya məğlubiyyət "soyuq duş" oldu"

Vaqif Sadıqov: "Şimali İrlandiyaya məğlubiyyət "soyuq duş" oldu"
12:22 14 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ "Millinin baş məşqçisi Robert Prosineçki ilə görüşümüz olacaq. Son nəticələrlə bağlı müzakirələr aparacağıq. Bundan sonra millinin nəticələri haqda yekun nəsə demək olar". 
Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətindən danışarkən deyib. 
O, nəticəyə görə məyus olduqlarını bildirib: "Millinin uğurları bizi sevindirirdi və davamını Şimali İrlandiyada gözləyirdik. Təəssüf ki, alınmadı, nəticəyə görə məyus olduq. Standart vəziyyətlərdən, sürətli əks-hücumdan qapımızda qollar gördük. Bu da göstərdi ki, hələ millidə çox iş görülməlidir. Demək olar ki, Şimali İrlandiyaya məğlubiyyət hər birimiz üçün "soyuq duş" oldu. Gələn il bu səhvləri təkrarlamamaq üçün çalışmalı, inamı itirməməli və yola davam etməliyik".
Komitə rəhbəri məğlubiyyətin səbəblərinin araşdırılacağını bildirib: "Məğlubiyyətin bir neçə səbəbi var və bunları araşdırıb nəticə çıxarmaq lazımdır. Heç nədən qələbə və ya məğlubiyyət olmur. Bu, arxayınçılıqdan, yoxsa hər bir rəqibə qalib gələcəyimizə inamdan irəli gəlirdi, bilmirəm. Bundan əvvəl olan problemlər qalmaqdadır. Onların da üzərində işləməliyik". 
V.Sadıqov Şimali İrlandiya ilə oyunun start heyəti barədə isə danışmaq istəməyib: "Bu, sırf baş məşqçinin işidir. Çünki rəqibi o analiz edir, komanda ilə birgə o işləyir və futbolçuları o, daha yaxşı tanıyr".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/vaqif-sadiqov-simali-i-rlandiyaya-meglubiyyet-soyuq-dus-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR