Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub

Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub
12:32 14 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı kişi münaqişə zəmnində bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə metronun "Xalqlar dostluğu" stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb.
Belə ki, 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü Fərman Mustafayev 12 bıçaq zərbəsi vurub.
Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-metro-cixisinda-34-yasli-kisiye-12-bicaq-zerbesi-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR