Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızın sözlərinə inanan biznesmen ÖLDÜRÜLDÜ

Qızın sözlərinə inanan biznesmen ÖLDÜRÜLDÜ

Date: 14 November 2016 12:32

Türkiyənin Ərzurum şəhərində təcavüzlə günahlandırılan Yaşar Soğukpınar qızın sözlərinə inanıb 12 yerindən bıçaqlanaraq öldürülüb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Yaşar dünən küçənin ortasında qızın qohumları tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Təfərrüatlar

İş adamı Yaşar 6 ay əvvəl həyat yoldaşından boşanıb. O, yeni tanış olduğu 23 yaşlı T.Y ilə münasibətə başlayıb. Onlar qızın da istəyi ilə birlikdə cinsi əlaqədə olublar. Qız münasibətlərinin evliliklə nəticələnməsini istəyib. Buna görə də o, məsələni anasına deyib. Lakin qızın anası buna etiraz edib. Pis vəziyyətdə qalan T.Y özünü təmizə çıxarmaq üçün oğlanı satıb. O, atasına və qohumlarına "Yaşar məni zorlayıb" deyib. Bunu eşidən qohumlar oğlanı öldürmək niyyətinə düşüblər. Onlar Yaşarı öldürmək üçün plan qurublar. Qohumarı qıza öyrədiblər ki, onu məhləyə çağırsın. T.Y Yaşara zəng edərək "atam münasibəti öyrənib, gəl məni qaçır" deyib. Bu sözləri eşidən Yaşar saf niyyətlə onların məhəlləsinə gedib. Bu anda 7 nəfər onu döyüb, bıçaqlayıblar.

Milli.Az


Tags:  Qızın sözlərinə inanan biznesmen ÖLDÜRÜLDÜ

RƏYLƏR


Top news