Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvondo üzrə Qran Pri və komandalararası dünya çempionatı Bakıda keçiriləcək

Taekvondo üzrə Qran Pri və komandalararası dünya çempionatı Bakıda keçiriləcək

Date: 14 November 2016 12:32

Bakı. 14 noyabr. REPORT.AZ/ Taekvondo üzrə Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Taekvondo Federasiyasının rəsmi saytında məlumat yer alıb.
Yenilənmiş məlumatda bildirilir ki, Qran Pri 9-10 dekabrda, kişi və qadınlardan ibarət komandalar arasında dünya çempionatı isə 12-13 dekabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. 
Azərbaycan Taekvondo Federasiyasının baş katibi Nağı Səfərov "Report"a açıqlamasında qərarın təxminən 1 ay öncə verildiyini bildirib: "Bu yarış açıq qalmışdı, yəni ev sahibliyi etmək istəyən yox idi. Azərbaycana təklif olundu. Biz də düşündük ki, hər iki turniri keçirməyin əhəmiyyəti var və qəbul etdik".
N.Səfərov yarışlarda iştirak edəcək heyətin hələ müəyyənləşmədiyini deyib: "Heyətlər gələn həftə məlum olunacaq. Həm kişi, həm də qadın idmançlarımız yarışacaq. Olimpiya çempionumuz Radik İsayev də heyətdə yer alacaq".


Tags:  Taekvondo üzrə Qran Pri komandalararası dünya çempionatı Bakıda keçiriləcək

RƏYLƏR


Top news