Üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb

Üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb
12:32 14 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Qusar rayonunda üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 22-də rayonun Avaran kəndi ərazisində baş verib. 
Belə ki, Quba rayon sakini Etibar Aslanov  idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən Qusar rayonunun Avaran kənd sakini Əvəz Əzizovu vurub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan Ə.Əzizov noyabrın 13-də evində ölüb.
Faktla Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/uc-ay-evvel-yol-qezasina-dusen-sexs-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR