BDU-da “50+50” qrant proqramının qalibləri ilə görüş keçirilib

BDU-da “50+50” qrant proqramının qalibləri ilə görüş keçirilib
12:33 14 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri və ixtisaslar üzrə müsabiqə komissiyalarının üzvləri ilə görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis olunub. Bu proqram çərçivəsində elan edilən müsabiqələrin əhəmiyyətindən danışan prorektor qeyd edib ki, son illər universitetdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib və “50+50” qrant proqramı da belə tədbirlərdən biridir. Məlum olub ki, 2016/2017-cı illər üzrə elan edilən müsabiqəyə təqdim edilən 80 layihədən 48-i qalib olub. Prorektor qalibləri maraqlandıran sualları cavablandıraraq onlara layihələrin icrası və alınacaq elmi nəticələrin Tomson Röyters və digər nüfuzlu agentliklər tərəfindən indekslənən jurnallarda dərci istiqamətində tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR