Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Digər ölkələrdən fərqli olaraq Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini daha dəqiq göstərir

Digər ölkələrdən fərqli olaraq Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini daha dəqiq göstərir

Date: 14 November 2016 12:35

Belçikanın paytaxtı Brüssel şəhərində  “Eap.Trust” və Təhlükəsiz Şəbəkələri üzrə ("1st Workshop of the EaP.Trust and Secure Network") ilk seminar keçirilib. Seminarda Avropanın Şərq tərəfdaşı olan Azərbaycan  da daxil olmaqla 6 ölkənin və Avropa İttifaqından Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Şərq tərəfdaşı olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə, həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.
 
Seminar iştirakçıları elektron identifikasiya və autentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.
 
Seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib. O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən “Asan İmza” Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
 
Tədbir çərçivəsində  Azərbaycanın “elektron imza” təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib. Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini  təmin  etmək üçün müasir imzalanma sistemi  fəaliyyət göstərir.
 
Seminarın ikinci günü “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) panelində tədbirlər planı və Şərq tərəfdaşlığına aid dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.







Tags:  Digər ölkələrdən fərqli olaraq Azərbaycana məxsus elektron imzalar imzalanma tarixini dəqiq göstərir


RƏYLƏR


Top news