Dünya su altında qalacaq - ŞOK VİDEO

Dünya su altında qalacaq - ŞOK VİDEO
12:38 14 Noyabr 2016
349 Maraqlı
Ölkə mətbuatı
A- A+

Antarktida buzlaqlarının əriməsinin dəhşətli nəticələrini əks etdirən video-kadr yayılıb.

Videoda ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsinin suyun altında qalacağı bildirilib.

Planet sakinlərinin həyatı mənfiyə doğru dəyişəcək. Ərimə nəticəsində Dünya okeanında suyun səviyyəsi 70 metr qalxacaq. Bu, böyük quru sahələrinin suyun altında qalmasına səbəb olacaq.

Bill Nay adlı amerikalı alim buzların tam əriməsi halında planeti gözləyən aqibət barədə fikirlərini açıqlayıb. Alimin sözlərinə görə, qlobal istiləşmə buzlaqların əriməsinə aparır, bu isə bəşəriyyətin taleyini dəyişə bilər. Bu proqnozda yeganə müsbət cəhət birbaşa Şimal qütbündən gəmi yollarının açılmasıdır.

Kiçik buz dövrü artıq 15 ildən sonra başlaya bilər. Bu, Günəşin aktivliyinin növbəti dəfə dəyişməsi ilə bağlıdır.

(day.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/175853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR