MTRŞ-dən Xoşqədəmin vidosuna münasibət

MTRŞ-dən Xoşqədəmin vidosuna münasibət
12:43 14 Noyabr 2016
574 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz bu məsələ haqda danışmaq istəmirik.

Publika.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin çəkilişləri zamanı baş verən hadisələrin əks etdirən videonun yayılması haqda Axar.az-a danışarkən deyib.

O, kadr arxasında belə halların mümkünlüyünü bildirib: “Biz bu məsələyə hər hansı bir münasibət bildirmək istəmirik. Kadr arxasında hər şey baş verə bilər”.

Xatırladaq ki, ATV kanalında 2014-cü ildə efirə gedən “Səni axtarıram” proqramının səhnə arxasında baş verənlərlə bağlı ötən gün yayılan və veriliş müəlliflərinin “mətbəx sirrini” açan video ciddi müzakirə mövzusuna çevrilib. Video yayıldıqdan sonra Xoşqədəm Hidayətqızının reytinq naminə ssenari qurduğunu, reallıqları deyil, səhnələşdirdiyi şounu nümayiş etdirdiyini bildirənlər bu halları qınayıblar.

Qeyd edək ki, dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısı müəyyən dərəcədə ssenariləşdirilir və teatrallaşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR