Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çağır məni" İraqda yayımlandı - video

"Çağır məni" İraqda yayımlandı -  video

Date: 14 November 2016 12:46

Bəstəkar Sevinc Tofiqqızının “Çağır məni” qısametrajlı filmi İraqın Kərkük şəhərində “TERT TV”də yayımıanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda bəstəkar özü xəbər verib. O bildirib ki, ekran işi bundan sonra başqa xarici festivallarda da nümayiş olunacaq:

“Bu hadisə məni çox sevindirdi. TERT TV-nin rəhbəri Türkeş Salih bəyə təşəkkür edirəm”.

Qeyd edək ki, rejissorluğunu Elmar Məmmədovun etdiyi ekran işində səsləndirilən musiqinin bəstəkarı S.Tofiqqızıdır. Filmin ssenari müəllifi Pəyyam Rafiqoğludur. “Çağır məni”də S.Tofiqqızı, müğənni Aslan Hüseynov, aktyorlar Nofel Dostuyev, Orxan Babayev, Mehdi və başqaları rol alıb. Film aprel döyüşlərində dünyasını dəyişən qəhrəmanlarımıza həsr edilib.




Tags:  Çağır məni İraqda yayımlandı video

RƏYLƏR


Top news