Şamaxı Astrofizika Rəsədxanasında astroturizm təşkil olunacaq

Şamaxı Astrofizika Rəsədxanasında astroturizm təşkil olunacaq
12:47 14 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astroturizmin təşkili ilə əlaqədar mütəmadi görüşlərin, əmək kollektivlərinin peşə bayramlarının, Yeni il və Novruz gecələrinin, dini mərasimlərin, yubileylərin və digər qeyri-elmi yığıncaqların keçirilməsi nəzərdə tutulur.
AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, astroturizmə açıq kosmos gecələri, maraqlı elmi-populyar mühazirələr, elmi-populyar filmlər, astronomiya muzeyinə baxış və teleskoplarda kosmik obyektlərin müşahidələri daxildir.
Turistləri qəbul etmək üçün təzə tikilmiş rahat kotteclər, qonaq evləri və müasir tipli geniş yeməkxana var.
Qeyd edək ki, astroturizmdən əldə olunan gəlirlər respublikada astronomiyanın inkişafı üçün nəzərdə tutulan Tusi Fondunun yaradılmasına yönələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/samaxi-astrofizika-resedxanasinda-astroturizm-teskil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR