Hamı bezib - Prezidentin mesajı çox ciddi qəbul edilməlidir

Hamı bezib - Prezidentin mesajı çox ciddi qəbul edilməlidir
12:47 14 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Lələtəpədə hərbçilərlə görüşündə səsləndirdiyi fikirlər tamamilə doğrudur və xalqın mövqeyini ifadə edir. Bu fikirləri, bu mesajı çox ciddi qəbul etmək lazımdır. Artıq ölkədə ictimai rəy də budur ki, hamı Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər uzanmasından bezib və istəyir ki, tezliklə bu məsələ bitsin.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev prezident İlham Əliyevin cəbhə bölgəsinə son səfəri zamanı səsləndirdiyi mesajları və Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinin əhəmiyyətini şərh edərkən bildirib.

F.Quliyev qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqların artıq Ermənistan tərəfindən süni şəkildə uzadılması ilə barışmayacaq: "Azərbaycan tərəfi bu ilin aprelində cəbhədəki döyüşlərdə bu məsələyə son qoya bilərdi, amma böyük güclərin, xüsusilə Rusiyanın təkidindən sonra biz əməliyyatları dayanırdıq. Amma söz vermişdilər ki, bu məsələ tezliklə dinc yolla həll olunacaq. Lakin o zamandan bəri heç bir irəliləyiş yoxdur.

Azərbaycan o zaman belə iradə sərgiləyərək bildirdi ki, biz məsələni hərbi yolla həll etmək gücündə olmağımıza baxmayaraq əməliyyatları dayandırdı və bildirdi ki, buyurun, əgər siz bunu dinc yolla edə bilirsinizsə, edin. Biz buna razıyıq. Amma bu müddət ərzində heç bir şey baş vermirsə, bu, onu göstərir ki, vasitəçilər yenidən taym-aut götürmək, yenidən ermənilərin mövqeyini möhkəmlətmək, mövcud status-kvonu saxlamaq istəyirlər. Amma bu, Azərbaycan üçün qəbulolunmazıdır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, danışıqlar prosesi bir limitə söykənməlidir. Əgər torpaqlarımız qısa zaman ərzində azad olunmasa, biz həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq konvensiyalara görə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Buna kifayət qədər gücümüz və imkanımız var və bunu aprel döyüşləri zamanı, az da olsa, göstərdik. Ona görə də, məncə, prezidentin verdiyi bəyanat bütün ölkənin iradəsini ifadə edir.

Prezidentin bəyanatı səsləndirməsi ilə eyni gündə başlayan Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin bir gün cəbhədə hərbi əməliyyatlara çevrilməsi ehtimalına gəlincə, millət vəkili qeyd edib ki, ordumuz bu təlimlərsiz də düşməni məhv etməyə hər zaman hazırdır: "Hərbi təlimlər ordunu yoxlamaq və möhkəmlətmək olan tədbirlərdəndir və heç də mütləq şəkildə müharibəyə, hərbi əməliyyatlar fazasına keçmək üçün nəzərdə tutulmur. Bu təlimlər də ordunun hazırlığını artırmaq üçün plana uyğun növbəti addımlardan biridir. Amma Azərbaycan Ordusu aprel savaşında göstərdi ki, düşmənin hücumuna cəmi bir neçə saat ərzində çox güclü cavab verə bilər. Ordumuz bu cavabı vermək üçün zatən hər zaman döyüşə hazırdır və bunun üçün əlavə təlimə ehtiyac yoxdur.

Xatırladaq ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən deyib: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"

Qeyd edək ki, elə həmin gün Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb. Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33