Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızın anasını uçurumdan atmasının DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT

Qızın anasını uçurumdan atmasının DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT

Date: 14 November 2016 12:48

İsmayıllı rayonunun Qalacıq kəndində Gülzadə Həmzəyovanın anası Şükufə Həmzəyovanı uçurumdan atmasının səbəbi bəlli olub.

İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı - ÖZƏL (YENİLƏNİB)

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə yaşanıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, G.Həmzəyova ruhi xəstə olub, buna görə anasını hər gün döyürmüş: “Qız ruhi xəstə idi. Gecə-gündüz demədən anasını döyürdü. Ən çox da gecə hamı yatandan sonra, bəzən gecə saat üçdə anasının qışqırıq səslərinə oyanırdıq. Anasının bədəninda bir sağlam yer qalmamışdı. Gündüz döyəndə qonşular əlindən almağa çalışırdı, ona görə də daha çox axşamlar döyürdü. Ütü ilə yandırırdı. Dəfələrlə anasına demişdi ki, “səni öldürüb, Maştağaya gedib yatacam”. Şükufənin qardaşları dəfələrlə gəlib baş çəkirdilər, amma heç nə edə bilmirdilər. Həyat yoldaşı isə çoxdan ölüb”.

Sakinlər deyir ki, bütün qonşular ana-qız əlindən bezmişdilər: “Şükufə özü də psixi problemli idi, heç kimlə yola getməz, qadına yaraşmayan söyüşlər söyərdi. Qızı 10 yaşına qədər normal olub. Amma sonra birdən-birə dəyişdi. Anasının xasiyyəti qızı xəstə etdi. Ayrı evdə yaşasalar da bütün günü dalaşırdılar. Son vaxtlar qız daha da pis olmuşdu. Yaşı az idi, amma bütün günü anası ilə dalaşırdı ki, “niyə hamı evlənir, mən yox, məni almırlar”. Anası da onu heç kimin istəmədiyini deyib, əsəbləşdirirdi. Bir həftə əvvəl də anasını uçurumdan atmaq istəmişdi, o zaman qonşular görüb, mane olmuşdular. Bu dəfə gündüz saat 12 radələrində hamının başı işə qarışanda anasını evlərinin yaxınlığındakı uçurumdan atıb. Sonra da bütün kənddə qaça-qaça “Anamı uçurumdan atdım, gedin kömək edin”, - deyə, qışqırıb. Kənd soveti gələnə qədər qorxudan heç kim yaxına getmədi. Sonra qadını xəstəxanaya apardılar”.

Sakinlər deyir ki, bu gün Gülzadəni Maştağada ruhi dispanserə yerləşdirmək üçün aparıblar: “Əslində onu mütəmadi Maştağada müalicə etdirməlidirlər. Keçən il bu vaxt dayıları aparmışdı. Bu il heç kim maraqlanmadı, axırı da belə oldu”.

Gülxar


Tags:  Qızın anasını uçurumdan atmasının DƏHŞƏTLİ SƏBƏBİ TƏFƏRRÜAT

RƏYLƏR


Top news